UEFA araşdırmalara başladı

Hazırda oxunan: UEFA araşdırmalara başladı

640807

UEFA Millətlər Liqasının İrlandiya - İsrail matçında (1:1) baş verən insidentlərlə bağlı araşdırma başladıb.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb. UEFA məsələni araşdırmağı etika və intizam məsələləri üzrə inspektora həvalə edib. 

Qeyd edək ki, görüşün fasiləsində komandaların üzvləri arasında mübahisə yaranıb.
 

İrlandiya millisinin fiziki hazırlıq üzrə rəhbəri Damiən Doyl qarşıdurma zamanı İsrail futbolçularından birinin onun üzünə tüpürdüyünü bildirib. Hadisənin baş hakim tərəfindən matçın rəsmi protokoluna daxil edilib-edilməməsi barədə məlumat açıqlanmayıb.


Xatırladaq ki, komandalar oyundan əvvəl və sonra bir-biri ilə əl sıxmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin