AKP-nin Qaziantepdən olan millət vəkili Nejat Koçer və daha bir neçə AKP-li deputat bu təntənəli mərasimə qatılıb. N.Köçer çıxışında bölgədə heyvandarlıq sektorunun inkişafına yönəlmiş səylərdən danışıb.
Bildirilib ki, Azərbaycana 1000 baş damazlıq keçi ixracını həyata keçirilib.
Çıxışların ardından damazlıq keçilər yük maşınlarına yüklənib və Azərbaycana yola salınıb. Azərbaycandan keçiləri hansı təşkilatın və ya fermer təsərrüfatının aldığı məlum deyil.
Həmçinin damazlıq keçilərin Azərbaycana neçəyə satıldığı göstərilmir. Bununla belə Türkiyə mənbələrində göstərilir ki, damazlıq keçi təsərrüfatlarında satış qiymətləri təqribən aşağıdakı kimidir:
Damazlıq oğlaq - 600-800 türk lirəsi (təqribən 300-400 dollar)
Damazlıq çəpiş - 1250 TL (650 dollar)
Damazlıq anaş keçi - 1400-1600 TL (700-800 dollar)
Damazlıq təkə - 1000-3000 TL (500-1500 dollar)
Son vaxtlar Azərbaycan hökuməti xaricdən damazlıq iribuynuzlu heyvanların alınmasını maliyyələşdirir, bu heyvanlar oliqarxların iri fermer təsərrüfatlarına və heyvandarlıq şirkətlərinə verilir. Mümkündür ki, Türkiyədən damazlıq keçi idxalı da Kənd Təsərrüfatı Nazirliyinin xaricdən damazlıq heyvanların alınması proqramı xətti ilə həyata keçirilib. Belə ki, kənd təsərrüfatı naziri İsmət Abbasov son illərdə xaricdən Azərbaycana damazlıq qismində iri və xırdabuynuzlu heyvanların gətirilməsini təşviq edir.



































































































