Neftin qiyməti 27 dollar oldu...

Hazırda oxunan: Neftin qiyməti 27 dollar oldu...

117064
İranın milli neft şirkəti avropalı müştərilər üçün neftin qiymətini aşağı salıb.

Moderator.az Reuters agentliyinə istinadən xəbər verir ki, fevral ayında Avropada İran nefti Brent markalı neftin orta qiymətinə nisbətdə 4,85 dollar endirimlə satılacaq (yanvarda endirim 4,3 dolar təşkil edirdi).

Ağır İran neftinin 1 barrelinin qiymətinə edilən endirim yanvardakı 6 dollardan fevralda 6,55 dollara kimi yüksəlib.

Agentlik qeyd edir ki, Səudiyyə Ərəbistanı özünün Arab Light markalı neftinə 4,85 dollarlıq endirim təklif edir.

Bu xəbərlər dünya bazarında neftin yenidən kəskin ucuzlaşmasına gətirib çıxarıb.

Qeyd edək ki, bu gün Brent markalı neftin qiyməti 27, 75 dollara qədər düşüb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin