“Sülhə bütün vasitələrdən istifadə etməklə nail olmaq mümkündür” - Rizvan Nəbiyev

Hazırda oxunan: “Sülhə bütün vasitələrdən istifadə etməklə nail olmaq mümkündür” - Rizvan Nəbiyev

612702

"Bu gün regionda müxtəlif siyasi gərginliklərin və informasiya toqquşmalarının yaşandığı bir dövrdə Azərbaycan balanslı və çevik diplomatiya həyata keçirməyə çalışır. Burada həm siyasi, həm diplomatik, həm də təhlükəsizlik istiqamətində paralel fəaliyyət vacibdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Rizvan Nəbiyev "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada bildirib.

O qeyd edib ki, sülhə nail olmaq yalnız bir istiqamətdə deyil, bütün vasitələrdən istifadə etməklə mümkündür:

“Dövlətlərarası münasibətlərdə, ictimai diplomatiyada və regional təhlükəsizlik məsələlərində düzgün koordinasiya olduqca vacibdir. Azərbaycan da məhz bu prinsiplər əsasında hərəkət edərək öz milli maraqlarını qorumağa çalışır”.

Deputat həmçinin vurğulayıb ki, eyni zamanda, regionda davamlı sülhün əldə olunması üçün qarşı tərəfin də konstruktiv yanaşma nümayiş etdirməsi vacibdir:

"Ermənistan daxilində müxtəlif siyasi qruplar və xarici təsir mərkəzləri fərqli mövqelər sərgiləsə də, regionun gələcəyi əməkdaşlıq və qarşılıqlı münasibətlərin normallaşdırılmasından keçir.

Bu gün artıq reallıq dəyişib. Regionda formalaşan yeni siyasi və iqtisadi vəziyyət gələcəyə hesablanmış qərarlar tələb edir. Keçmiş münaqişələrin təsiri ilə deyil, gələcək inkişaf perspektivləri ilə hərəkət etmək daha vacibdir. Azərbaycan da məhz bu yanaşmanı ön plana çıxarır və regionda uzunmüddətli sabitliyin təmin olunmasını əsas məqsədlərdən biri hesab edir”.

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin