Qırğızıstanın paytaxtı Bişkekdə eyni adlı təxminən 600 küçənin adının dəyişdirilməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu məsələ şəhər meri Aybek Junuşəliyevin Sverdlov rayonu sakinləri ilə görüşündə müzakirə olunub.
Lebedinovka kəndinin sakinlərindən biri bildirib ki, inzibati-ərazi islahatından sonra küçə adlarında qarışıqlıq yaranıb.
Onun sözlərinə görə, kənd Bişkekin tərkibinə daxil edildikdən sonra Sovetskaya, Yujnaya və Qorki kimi küçə adları şəhərin digər ərazilərində də təkrarlanmağa başlayıb.
Sakin qeyd edib ki, o, Qorki küçəsində yaşayır və eyni ünvan şəhər Dövlət Yol Polisi İdarəsində də mövcuddur.
“Nəticədə bəzən mənə DYP üçün məktublar gəlir, mənim məktublarım isə DYP-yə gedib çıxır”, - deyə o bildirib.
Sakin küçələrə Ayran, Çebeqe və Qatıq kimi adların verilməsini təklif edib.
Şəhər meri bu təkliflə razılaşıb.
Bişkek meriyasının vitse-meri Azamat Kadırov isə küçələrin adlarının dəyişdirilməsi ilə bağlı artıq işçi qrupunun yaradıldığını açıqlayıb.
Onun sözlərinə görə, hazırda şəhər kenəşinə təqdim olunacaq qərar layihəsi hazırlanır və toponimika komissiyası fəaliyyət göstərir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:30 / 12.05.2026
Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək
Hazırda oxunan: Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək
Hazırda oxunan: Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək
612724
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































