Ukraynanın İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (İAP) Prezident Aparatının sabiq rəhbəri Andrey Yermak barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyir.
Bizim.Media xəbər verir ki, “RBK-Ukraine” xəbər verir ki, bu barədə İAP-ın rəhbəri Aleksandr Klimenko brifinq zamanı məlumat verib.
“Prokurorluq həbs qətimkan tədbirinin seçilməsini və alternativ olaraq 180 milyon qrivna məbləğində girov müəyyən edilməsini tələb edəcək”, – Klimenko bildirib.
Məlumata görə, Yermak Kiyev yaxınlığında elit daşınmaz əmlak tikintisi ilə bağlı vəsaitlərin leqallaşdırılması işində iştirak edən mütəşəkkil qrupla əlaqədə şübhəli bilinir.
İddialara cavab olaraq Andrey Yermak elit daşınmaz əmlaka sahib olması barədə məlumatları rədd edib, yalnız mənzil və avtomobilinin olduğunu bildirib.
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsinin bu gün Yermak barəsində qətimkan tədbiri məsələsinə baxacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:40 / 12.05.2026
Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir
Hazırda oxunan: Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir
Hazırda oxunan: Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir
612712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































