“Araz-Naxçıvan” və futbolçu Vanderson Melo arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2023-2024-cü illər mövsümündən “qırmızı-ağlar”ın heyətində çıxış edən braziliyalı yarımmüdafiəçi komandanın rəsmi saytına açıqlama verib:
“Burada 3 maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə olaraq üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında “Aris” kimi güclü rəqibi üstələdik və mərhələ adladıq.
Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik. Burada olmağıma şərait yaradan klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, növbəti mövsüm “Araz-Naxçıvan” hazırkından daha yaxşı çıxış edər və uğur qazanar”.
Bizim.Media

- A-
- A
- A+
İdman
14:37 / 12.05.2026
“Araz Naxçıvan” legioneri: “Cari mövsümlə bağlı ancaq təəssüflənmək olar”
Hazırda oxunan: “Araz Naxçıvan” legioneri: “Cari mövsümlə bağlı ancaq təəssüflənmək olar”
Hazırda oxunan: “Araz Naxçıvan” legioneri: “Cari mövsümlə bağlı ancaq təəssüflənmək olar”
612683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































