Qarabağ Universitetinin klinikasında təcili yardım xidməti açılacaq

Hazırda oxunan: Qarabağ Universitetinin klinikasında təcili yardım xidməti açılacaq

612734

"Qarabağ Universitetinin klinikasında birinci mərhələdə ambulator xidmətlər fəaliyyət göstərir".

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev deyib.

Onun sözlərinə görə, klinikada pediatriya, böyük xəstələr üçün terapiya və cərrahiyyə sahələri üzrə poliklinikalar mövcuddur:

"Diaqnostik sahədə laboratoriyamız tam funksionaldır. Bundan başqa, radiologiya bölməmiz də fəaliyyətə başlayıb. İkinci mərhələdə isə təcili yardım xidməti açılacaq və bunun fəaliyyətə başlaması iyun ayına nəzərdə tutulub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin