Kibercinayətkarlıqda ittiham olunaraq həbs edilən İqor Zabolotskiy və İlnur Valitovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət itihamçısı çıxış edib.
O, hər iki təqsirləndirilən şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, İqor Zabolotskiy və İlnur Valitov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham elan olunub.
Onlar kibercinayətkarlıq yolu ilə əldə etdikləri 98 min manatı leqallaşdırmada ittiham edilirlər. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:35 / 12.05.2026
Bu şəxslərə HÖKM OXUNDU
Hazırda oxunan: Bu şəxslərə HÖKM OXUNDU
Hazırda oxunan: Bu şəxslərə HÖKM OXUNDU
612725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































