Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanın Rusiya ilə “boşanmaq” niyyətində olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında iki ölkə arasındakı fikir ayrılıqlarını dramatikləşdirməməyə çağırıb.
“Bizim Rusiya Federasiyası ilə “boşanmaq” məqsədimiz yoxdur, uşaqları bölmürük”, - deyə o bildirib.
Simonyan Rusiya nümayəndələrinin Moskvanın Ermənistan üçün rolu ilə bağlı açıqlamalarına da münasibət bildirib.
“Əgər biz onlara lazım deyiliksə, onda niyə bu qədər müdaxilə edirlər? Oturub deyirlər ki, Rusiyada Ermənistandakından çox erməni yaşayır, guya Rusiya olmasaydı, Ermənistan ümumiyyətlə dövlət olmazdı”, - spiker qeyd edib.
Onun sözlərinə görə, Moskva ilə İrəvan arasında indiki mübahisələr siyasi prosesin bir hissəsidir.
“Bir stəkan suda fırtına qoparmaq lazım deyil. Bu siyasətdir: onlar öz mövqelərini bildirəcəklər, biz də öz mövqeyimizi. Sonra oturub müzakirə edəcəyik, onlar bir şey təklif edəcəklər, biz başqa bir şey”, - Simonyan vurğulayıb.
“Bu, siyasətdir, nikah və qəyyumluq deyil. Bizim aliment tələb etmək məqsədimiz yoxdur, uşaqları bölmək məqsədimiz yoxdur”, - o əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Region
17:13 / 12.05.2026
Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”
Hazırda oxunan: Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”
Hazırda oxunan: Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”
612720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































