Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

Hazırda oxunan: Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

612716

Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyanın “Türklər bu gün açır” sözlərinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, Paşinyan məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, indiyədək Türkiyədən malların ixracı zamanı təyinat ölkəsi göstərilməli idi və mövcud qaydalara əsasən, Ermənistan bu siyahıda yer almırdı.

Paşinyan bildirib ki, Türkiyə malları əvvəlcə başqa ölkəyə aparılır, orada rəsmiləşdirilir, daha sonra Ermənistana gətirilirdi.

“İndi isə sənədləşmə elə aparılır ki, Ermənistan həmin siyahıda çatdırılma ölkəsi kimi göstərilsin”, - deyə Ermənistanın baş naziri qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ararat Mirzoyanın Nikol Paşinyana pıçıltı ilə dediyi sözlər canlı efirə düşüb.

Mirzoyan baş nazirə yaxınlaşaraq “Türklər bu gün açır. Xarici İşlər Nazirliyinin mətbuat katibindən “welcome” mətni, şərh hazırlayaq”, - deyib.

Paşinyan əvvəlcə sinəsindəki mikrofonu əli ilə örtməyə çalışıb, daha sonra isə nazirə səsin açıq olduğunu göstərib.

Buna baxmayaraq, söhbət efirə düşüb və Ermənistan mediası ilə sosial şəbəkələrdə geniş yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin