Şahmatçılarımız Avropa çempionatında liderdir

Hazırda oxunan: Şahmatçılarımız Avropa çempionatında liderdir

646657

Yunanıstanın Krit adasının Hersonissos şəhərində 8-18 yaşadək şahmatçılar arasında keçirilən yeniyetmələrin Avropa çempionatında 5-ci tur başa çatıb.

Bizim.Media xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Azərbaycan təmsilçisi Nərmin Abdinova 5 oyundan maksimum nəticə - 5 xalla turnir cədvəlinə başçılıq edir.

O, ən yaxın izləyicisini 1 xal qabaqlayır.

18 yaşadək oğlanların mübarizəsində isə Tunar Davudov liderdir.
 

16 yaşadək oğlanların mübarizəsində Paşam Əlizadə 2-ci yerdə qərarlaşıb. Səfa Hümmətov (U-14), Nurtən Nuriyeva (G18) və Şəmsi Qaraxanov (U-14) ilk 10-luqda qərarlaşmaqla medal şanslarını saxlayırlar.


Bu gün turnirdə istirahət günüdür.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin