8 Noyabr – Zəfər Günü münasibətilə paytaxt Bakıda bayram ab-havası yaşanır.
Bizim.Media xəbər verir ki, şəhərin küçə və prospektləri Azərbaycan bayraqları ilə bəzədilib, üçrəngli bayrağımız paytaxtın müxtəlif nöqtələrində dalğalanır.
Bakı sakinləri və şəhərin qonaqları bu möhtəşəm mənzərəni böyük maraqla qarşılayırlar.
Paytaxt Zəfər Gününün qürurunu və sevincini yaşayır.
Tural Xəlil, Bizim.Media















































































































