ABŞ-da avtomobil 30 velosipedçidən ibarət qrupa çırpıldı: Ölən və yaralılar var

Hazırda oxunan: ABŞ-da avtomobil 30 velosipedçidən ibarət qrupa çırpıldı: Ölən və yaralılar var

646642

ABŞ-ın Şimali Karolina ştatında avtomobil 30 velosipedçidən ibarət qrupa çırpılıb.

Bizim.Media xəbər verir ki, hadisə barədə CNN telekanalı məlumat yayıb.

Qəza Roli şəhəri yaxınlığındakı "Optimist Farm" yolunda baş verib. İlkin məlumata görə, “Infiniti” markalı avtomobili idarə edən 76 yaşlı Donald Robert Morris-Cons sərxoş vəziyyətdə olub.
 

O, yolun mərkəz xəttini keçərək velosipedçilərin hərəkət etdiyi qarşı zolağa çıxıb. Qrupla toqquşduqdan sonra sürücü avtomobili saxlamayıb. Təxminən 800 metr irəlilədikdən sonra avtomobil yoldan çıxaraq xəndəyə düşüb.


Qəza nəticəsində 63 yaşlı velosipedçi aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib, daha 22 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Sürücü saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin