Mourinyo Arda Gülerdən DANIŞDI

Hazırda oxunan: Mourinyo Arda Gülerdən DANIŞDI

642806

“Real”ın baş məşqçisi Joze Mourinyo türkiyəli yarımmüdafiəçi Arda Gülerin futbol potensialını və universallığını yüksək qiymətləndirib.

Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssis “AS” nəşrinə açıqlamasında 21 yaşlı futbolçunun hələ özünün ən yaxşı səviyyəsinə çatmadığını bildirib:

"Arda Güler inanılmaz dərəcədə istedadlıdır. Ən əsası isə odur ki, o, hələ potensialının sərhədlərinə çatmayıb. Müasir futbolda həqiqətən yüksək səviyyəli yarımmüdafiəçi olmaq çox çətindir. Bu mövqedə oynamaq üçün müxtəlif keyfiyyətlərə sahib olmaq lazımdır. 

Yalnız rəqibin hücumlarını dağıtmağı və müdafiə olunmağı bacaran, yaxud ancaq hücum qurmağa fokuslanan futbolçu mərkəzdə oynamaq üçün uyğun deyil.

Arda yarımmüdafiədə çıxış edir və bir neçə fərqli mövqedə effektiv oynamaq qabiliyyətinə malikdir. Onun işindən çox razıyam".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin