ABŞ-nin Kaliforniya ştatının cənubunda baş verən meşə yanğınları San-Klementedə yerləşən və vaxtilə SSRİ lideri Leonid Brejnev ilə ABŞ prezidenti Riçard Niksonun nüvə müharibəsinin qarşısının alınmasına dair saziş imzaladığı villanı da bürüyüb.
Bizim.Media xəbər verir ki, yanğının sürətlə yayılmasına isti və quru hava, eləcə də saatda 110 kilometrə çatan güclü külək səbəb olub.
San-Klemente və San-Xuan-Kapistrano şəhərlərində azı altı fərdi yaşayış evi yanaraq külə dönüb. Həmin ərazilərdə yaşayan təxminən 16 min nəfərə təxliyə əmri verilib.
Malibuda isə 7 mindən çox dəbdəbəli malikanə təhlükə altındadır. Bu ərazidə Cey-Zi və Beyons kimi məşhurların da daşınmaz əmlakı var.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:26 / 17.10.2026
ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO
Hazırda oxunan: ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO
Hazırda oxunan: ABŞ-da şiddətli yanğınlar: Cey-Zi və Beyonsun evi təhlükədədir - VİDEO
642769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































