Yəmən sahillərində qaz tankeri VURULDU

Hazırda oxunan: Yəmən sahillərində qaz tankeri VURULDU

642781

Yəmənin Əl-Mukalla şəhərindən təxminən 140 dəniz mili cənub-şərqdə mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker atəşə tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumat yayıb.

Məlumata görə, gəminin yaxınlığına göyərtəsində yeddi nəfərin olduğu kiçik qayıq yaxınlaşıb və oradan iki dəfə atəş açılıb.

Tankerin silahlı mühafizəçiləri xəbərdarlıq atəşi ilə cavab veriblər. Bundan sonra qayıq istiqamətini dəyişib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin