Türkiyədə 77 şagird dönərdən zəhərləndi

Hazırda oxunan: Türkiyədə 77 şagird dönərdən zəhərləndi

642721

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda dönərdən zəhərlənmə şübhəsi ilə 88 nəfər tibb müəssisələrinə müraciət edib.

Bizim.Media xəbər verir ki, zərərçəkənlərdən 77-si şagird, 11-i isə digər şəxslərdir.

Məlumata görə, 55 nəfərə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda 33 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

İlkin araşdırmalar zamanı hadisənin Kayabağlar qəsəbəsindəki iaşə obyektindən və məktəb bufetindən alınan toyuq dönərləri ilə əlaqəli ola biləcəyi müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, obyektdən qida nümunələri götürülüb. Müəssisənin sahibi isə istintaq çərçivəsində saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin