Pakistanla Əfqanıstan arasında silahlı toqquşma: Ölənlər var

Hazırda oxunan: Pakistanla Əfqanıstan arasında silahlı toqquşma: Ölənlər var

642810

Pakistan və Əfqanıstan sərhədində Pakistanın təhlükəsizlik qüvvələri ilə “Taliban” hərəkatı arasında silahlı toqquşmalar baş verib.

Bizim.Media xəbər verir ki, mənbələrin məlumatına görə, hər iki tərəf itki verib. Lakin ölən və yaralananların dəqiq sayı rəsmi olaraq açıqlanmayıb.

Daha sonra Pakistan tərəfi “Taliban”ın mövqelərinə zərbələr endirildiyini və nəticədə bir neçə əfqan döyüşçünün öldürüldüyünü bildirib.
 

Təhlükəsizlik xidmətlərindəki mənbələr bu hücumların “Taliban” döyüşçülərinin səbəbsiz atəş açmasına cavab olduğunu qeyd ediblər. İlkin ehtimallara görə, silahlı şəxslər sərhəddən döyüşçülərin keçidini asanlaşdırmaq məqsədilə ilk atəşi açıblar.


Pakistan hakimiyyətinin məlumatına görə, cari ilin yanvar ayından bəri ölkə ərazisində silahlı qruplaşmaların 2 800-dən çox hücumu nəticəsində 3 000 nəfər həlak olub. Bildirilir ki, hücumların bir çoxunu “Taliban”ın hakimiyyətə qayıtmasından sonra Əfqanıstanda sığınacaq tapan silahlılar həyata keçirib.

Ölənlərin əksəriyyətinin Pakistanın şimal-qərb bölgələrində və ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində olduğu bildirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin