24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

Hazırda oxunan: 24 yaşlı futbolçu faciəvi şəkildə HƏYATINI İTİRİB

642724

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarında Çuya magistral yolunda, Troitskoye kəndi yaxınlığında baş verib.

Avtomobillə Biysk şəhərindən Barnaula gedən 24 yaşlı futbolçu yolun sürüşkən olması səbəbindən idarəetməni itirərək yol kənarındakı qoruyucu səddə çırpılıb.

Qəza nəticəsində sükan arxasında olan Daniil Vinter ağır kəllə-beyin travması alıb. Gənc futbolçu dostu və komanda yoldaşı Yeqor Parşakovun qollarında dünyasını dəyişib.

Hadisə zamanı avtomobildə olan Yeqor Parşakov isə tibbi yardımdan imtina edib.

Qeyd edək ki, 24 yaşlı Daniil Vinter hücumçu mövqeyində çıxış edib. O, futbolçu karyerası ərzində Barnaulun "Dinamo" və "Polimer", Miassın "Torpedo", həmçinin Novotroitskin "Nosta" klublarının formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin