“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə TƏQDİM OLUNDU

Hazırda oxunan: “Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə TƏQDİM OLUNDU

642802

Azərbaycan çempionatlarında 1000-ci oyunlarını keçirmiş “Qarabağ” və “Neftçi” klublarına Peşəkar Futbol Liqası tərəfindən xatirə mükafatları təqdim olunub.

Bizim.Media xəbər verir ki, xüsusi hədiyyələr PFL-in texniki-idman direktoru Elgiz Abbasov tərəfindən Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Neftçi” oyunundan əvvəl təqdim edilib.

Mükafatlar “Qarabağ”ın 1000 oyununun hər birində əvvəl futbolçu, sonradan isə klub rəsmisi kimi iştirak etmiş, hal-hazırda lisenziyalaşdırma üzrə menecer Şahid Həsənova və uzun illər “Neftçi”nin şərəfini qorumuş veteran futbolçu, hazırda seleksiya məşqçisi kimi çalışan İqor Getmana təqdim olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin