Azərbaycanda dövlət qurumlarının saytları yenidən ÇÖKDÜ

Hazırda oxunan: Azərbaycanda dövlət qurumlarının saytları yenidən ÇÖKDÜ

642778

Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet resurslarına girişdə yenidən nasazlıq müşahidə olunur.

Bizim.Media xəbər verir ki, hazırda Nazirlər Kabinetinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Müdafiə Nazirliyinin və Səhiyyə Nazirliyinin, eləcə də bəzi digər qurumların saytlarını açmaq mümkün deyil.

Problemin səbəbi və girişin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.
 

Qeyd edək ki, oktyabrın 14-də də oxşar hal baş vermişdi. Həmin vaxt Dövlət Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti dövlət informasiya infrastrukturuna intensiv kiberhücumlar edildiyini açıqlamışdı.


Daha sonra İrana meyilli haker qrupu Azərbaycanın 100-dən çox dövlət domeninə qarşı genişmiqyaslı kiberhücumun məsuliyyətini üzərinə götürmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin