Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda taksi xidmətlərindən 121 051 min sərnişin istifadə edib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə taksi ilə daşınan sərnişinlərin sayı 9% artıb.
Eyni zamanda, hesabat dövründə avtobuslarla daşınan sərnişinlərin sayı 1 482 288,6 min təşkil edib, bu da illik müqayisədə 11,4% artım deməkdir.
Qeyd etmək lazımdır ki, yanvar-sentyabr aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə 1 771 305,6 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 9,7% artım deməkdir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:45 / 17.10.2026
Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
Hazırda oxunan: Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
Hazırda oxunan: Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
642718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































