Ukrayna millisinin sabiq futbolçusu müharibədə HƏLAK OLDU - FOTO

Hazırda oxunan: Ukrayna millisinin sabiq futbolçusu müharibədə HƏLAK OLDU - FOTO

642814

Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Roman Maksimyuk Rusiya ilə müharibədə həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə RBC Ukraine məlumat yayıb. 

Uzun müddət itkin düşmüş hesab edilən keçmiş yarımmüdafiəçinin ölümü DNT ekspertizasının nəticələri əsasında təsdiqlənib.

Maksimyuk 2022-ci ilin payızında könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulub.

Sabiq futbolçu 2025-ci il yanvarın 30-da Pokrovsk istiqamətində döyüş tapşırığını yerinə yetirərkən sonuncu dəfə ailəsi ilə əlaqə saxlayıb. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

Maksimyukun həyat yoldaşı Vera sosial şəbəkədə paylaşım edərək ərinin ölümünün təsdiqləndiyini bildirib.

Roman Maksimyuk futbolçu karyerası ərzində “Prikarpatiye”, Kiyev “Dinamo”su, “Dnepr”, “Volın” və “Çernomorets” kimi klublarda çıxış edib.

O, 1998–2002-ci illərdə Ukrayna millisinin heyətində 5 oyun keçirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin