Cerrardın yeni klubu məlum oldu

Hazırda oxunan: Cerrardın yeni klubu məlum oldu

642767

Stiven Cerrard məşqçilik karyerasını İngiltərə futbolunda davam etdirmək variantını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, mütəxəssis “Rekshem”i çalışdıracaq.

Sözügedən klubun rəhbərliyi hazırkı baş məşqçi Fil Parkinsonla yollarını ayırmağa hazırlaşır. 

Uels təmsilçisinin rəhbərliyi bu vəzifədə Cerrardı görmək istəyir. 

Qeyd edək ki, Çempionşipdə 10 turdan sonra “Rekshem” 11 xalla 17-ci pillədə qərarlaşıb. Komanda 2 qələbə qazanıb, 5 heç-heçə edib və 3 dəfə məğlub olub. 

Cerrard 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrıldıqdan sonra işsizdir. Hazırda o, "TNT Sports" telekanalında futbol eksperti kimi fəaliyyət göstərir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin