Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hazırda oxunan: Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

642729

Hindistanın Kota əyalətində Dehli-Mumbay magistral yolunda içində zəvvarların olduğu avtobus aşıb.

Bizim.Media "Dnaindia" nəşrinə istinadən məlumat verir.
 

Məlumata görə, Bhopaldan Racastandakı Kxatu-Şyam məbədinə zəvvarları aparan avtobusun aşması nəticəsində ən azı 8 nəfər həlak olub. Həmçinin çox sayda yaralanan var. Avtobusda 25 sərnişin olub və onlar arasında yaşlılar və uşaqlar da olub.


Xilasetmə əməliyyatları davam edir.

İlkin məlumata görə, sürücü avtobusun idarəetməsini itirib və nəticədə avtobus yoldan çıxaraq yaxınlıqdakı xəndəyə düşüb.

Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib, araşdırma davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin