Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

Hazırda oxunan: Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olundu - FOTO

642768

Bu gün Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı təqdim edilib. Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilən konsertdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri, həmçinin Füzuli sakini olan Əməkdar artist Nizami Abdullayev, Ağabala Abdullayev və rəqs ansamblı çıxış edib.

Bizim.Media xəbər verir ki, öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi sükutla anılıb.

Daha sonra konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar təqdim olunub, Azərbaycanın milli rəqsləri nümayiş etdirilib.

Konsertdə Füzuli şəhərinin yeni inkişaf mərhələsi mədəni proqramla qeyd olunub, milli musiqi və rəqs sənətinin təbliğinə diqqət çəkilib.

Qeyd edək ki, 17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə Füzulidə ictimai-mədəni tədbirlər təşkil olunub. Tədbirlər Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirlərin əsas məqsədi Füzulinin işğaldan azad olunmasını, tarixi torpaqlarımızın geri qayıtmasını qeyd etmək, milli-mənəvi dəyərlərimizi yaşatmaqdır.

Bununla yanaşı, şəhər sakinlərinin bir araya gəlməsinə, uşaqların və böyüklərin asudə vaxtlarının maraqlı təşkilinə şərait yaratmaq, Füzulinin mədəni həyatını zənginləşdirmək və Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıdan ailələrin sevincini bölüşərək onlarda unudulmaz bayram ab-havası formalaşdırmaqdır. (Mənbə: AZƏRTAC)
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin