Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Hazırda oxunan: Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

642783

Göyçayda bədbəxt hadisə baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun avtovağzal ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Hüngütlü kənd sakini, 47 yaşlı Əliyev Ayaz Rafiq oğlu özünü qəsdən yandırıb.

O ətrafdakı insanların köməyi ilə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şəbəsinə hospitalizasiya olunub. 
 

Xəstəxanada pasiyentə bədənin ll və lll dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Daha sonra isə o, ixtisaslı tibbi xidmət göstərilməsi məqsədilə Bakı şəhərində yerləşən Nərimanov Tibb Mərkəzinin nəzdində olan yanıq mərkəzinə göndərilib.


Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin