Son üç ildə Azərbaycanda reseptsiz dərman satışı ilə əlaqədar qanunsuzluqlar aşkar edilmiş apteklərin sayı açıqlanıb.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cava olaraq bildirilib ki, 2024, 2025-ci illər üzrə, həmçinin 15.10.2026-cı il tarixinədək olan dövr ərzində aptek təşkilatlarında aparılmış nəzarət tədbirləri çərçivəsində resept əsasında buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması ilə əlaqədar 93 aptek təşkilatı üzrə inzibati xəta haqqında protokol tərtib edilib.
"Bu göstərici nəzarət mexanizminin fəaliyyət göstərdiyini və qanunpozmalara qarşı məsul yanaşmanın mövcud olduğunu göstərir.
Eyni zamanda, aşkarlanmış pozuntuların qarşısının alınması məqsədilə aptek təşkilatlarına qanunvericilik tələblərinin yerinə yetirilməsi ilə bağlı davamlı izahat və nəzarət işləri aparılır", - məlumatda qeyd edilib.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:00 / 17.10.2026
Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Reseptsiz dərman satışı ilə bağlı neçə aptekdə qanunsuzluq aşkarlanıb? – RƏSMİ AÇIQLAMA
642635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































