"Arazın bu tayındakı xoşbəxtlik niyə qısqanılır?" - VİDEO

Hazırda oxunan: "Arazın bu tayındakı xoşbəxtlik niyə qısqanılır?" - VİDEO

642792

"Təbii ki, hər kəs kimi mənə də dayanmadan çox saylı suallar gəlir. “Fikrinizi bildirin” məzmunlu mesajlar alıram. Son günlərin gündəmi isə hər kəsə çox yaxşı bəllidir. Mən bütün bu suallar qarşısında sadəcə bir sual vermək istəyirəm: Nədir məqsədiniz? Bəziləri nəyə xidmət edir? Öz dünyəvilik anlayışını əqidəsinə belə sığışdıra bilməyənlərin kənardan Azərbaycanın daxili işlərinə burun soxması nə qədər böyük təzaddır, deyilmi? Bunun din pərdəsi altında edilməsi isə ümumiyyətlə yolverilməzdir. Biz buna yol verə bilmərik!".

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş sosial media hesabında yayımladığı videoda deyib. 

"Biz bu cür təxribatlara, təhriklərə və provokasiyalara uymamalıyıq və uymayacağıq! İndi Xəzərin sahilində dayanıb düşünürəm. O Xəzər ki, Araz da gəlib ona qovuşur. O Araz ki, özü ilə nə qədər insanın səsini gətirir, haqqı boğulan, azadlığı tapdalanan insanların... Bəs bu gün Arazın bu tayındakı xoşbəxtlik niyə qısqanılır? Niyə dost dediyimiz, yaxın bildiyimiz, yaxşı və pis günündə əl uzatdığımız insanlar bizim daxili işlərimizə qarışmağa çalışırlar? Niyə? Burada bizim üzərimizə düşən mühüm bir məsuliyyət var.

Bizim birliyimiz dövlətimizə olan inamımızdadır! Bizim birliyimiz dövlətimizə olan sədaqətimizdə, milli maraqlarımıza və milli iradəmizə sahib çıxmağımızdadır! Mən hər kəsi məhz buna səsləyirəm. Gəlin, bir olaq! Gəlin, təxribatlara uymayaq! Gəlin, aramıza yad ünsürlərin daxil olub birliyimizi pozmaq cəhdlərinin qarşısını alaq! Bura onlar üçün digər ölkələr deyil. Bizimlə olmaz!" deyə, L.Azərtaş bildirib. (axsam.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin