Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

Hazırda oxunan: Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

642744

Roma Papası XIV Leo ağciyər xərçənginə görə keçirdiyi əməliyyatdan sonra oktyabrın 18-də ilk dəfə ictimaiyyət qarşısına çıxacaq.

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, 71 yaşlı pontifikin səhhətinin tədricən yaxşılaşdığı bildirilib.

Həkimlərin açıqlamasına görə, aparılan qan analizləri və döş qəfəsinin rentgen müayinəsi onun ümumi vəziyyətində sabit yaxşılaşmanı təsdiqləyib.
 

Məlumata əsasən, Papa bazar günü ənənəvi günorta duasına rəhbərlik edəcək. O, sağ ağciyərinin aşağı payının çıxarıldığı əməliyyatdan sonra ilk dəfə ictimaiyyət qarşısında görünəcək.


Bununla yanaşı, pontifikin noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Peruya planlaşdırılan səfərinə hazırlıqlar davam edir. 

Xatırladaq ki, XIV Leo 2025-ci ilin mayında Roma Papası seçilib. Oktyabrın 13-də ağciyər adenokarsinoması — ağciyər xərçənginin ən geniş yayılmış növü diaqnozu qoyulan XIV Leo sağ ağciyərinin aşağı payının çıxarılması üçün əməliyyat olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin