Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO

Hazırda oxunan: Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO

642791

Fransada keçirilən küçə etirazları zamanı Parisdə 130-dan çox aksiya iştirakçısı saxlanılıb. 

Bizim.Media xəbər verir ki,  ölkə üzrə saxlanılanların ümumi sayı günortaya qədər 166 nəfərə çatıb.

Marsel şəhərində etirazçılar meriyanın binasının qapılarını sındıraraq içəridə dağıntılar törədiblər. Ruan şəhəri yaxınlığında isə universitet binasının bir hissəsi yandırılıb.

Aksiya iştirakçıları yanacağın qiymətlərinin aşağı salınmasını və liseylərdəki problemlərin həllini tələb edirlər. Onların bir qismi Fələstinə dəstək şüarları səsləndirir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, etirazçılar polisə daş atır və atəş açırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə buna cavab olaraq su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edirlər.







Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin