Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Hazırda oxunan: Azərbaycan basketbol klubunun adı dəyişdirildi

621627

"Abşeron Lions" basketbol klubunun adı dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə klubundan məlumat verilib.

Bildirilib ki, komanda yeni mövsümdə "Landau Lions" adı ilə mübarizə aparacaq.

Kollektiv yeni adla tarixində ilk dəfə olaraq FIBA Çempionlar Liqasında iştirak edəcək. Komanda turnirdə mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

Bu raundda 24 komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Rəqiblər və oyunların dəqiq tarixləri ilə bağlı məlumatlar yaxın zamanda açıqlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin