Kürdəmirdə güclü yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Garis-Əyribənd kəndində qeydə alınıb.
Belə ki, yanğın kənd sakini 45 yaşlı Nəcəfov Füzuli Ağakişi oğluna məxsus ümumi sahəsi 360 kv metrdən ibarət olan 7 otaqlı evdə baş verib. Yanğın həyətyanı sahədə yığılmış ot tayasından başlayıb və qısa zamanda evə keçib.
Ev sahibinin sözlərinə görə, yanğın zamanı ona ümumilkdə 15 min manatdan çox maddi ziyan dəyib.
Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu































































































