“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

Hazırda oxunan: “Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

621620

Yunanıstanın “Atromitos” klubunun daha bir futbolçusu “Neftçi”nin maraq dairəsinə düşüb. 

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, Makana Bakunun keçidini reallaşdıra bilməyən “ağ-qaralar” hədəfini dəyişib.

“Neftçi” rəhbərliyi indi də adıçəkilən komandanın pleymeykeri Denzel Jubitanaya elçi düşüb.

Bir neçə gündən sonra “Atromitos”la müqaviləsi başa çatacaq Jubitana azad agent statusu daşıyacaq.

Surinam millisinin 27 yaşlı oyunçusu uğrunda mübarizədə “Neftçi” tək deyil. Jubitananın başqa variantları olduğu da vurğulanıb.

Denzel Jubitana 2023-cü ildən “Atromitos”un formasını geyinir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin