DÇ-2026: Anası öldü, komandanı tərk edib Fransaya qayıtdı

Hazırda oxunan: DÇ-2026: Anası öldü, komandanı tərk edib Fransaya qayıtdı

621237

Fransa milli komandasının baş məşqçisi Didye Deşam anasının dünyasını dəyişməsi ilə əlaqədar yığmanın düşərgəsini müvəqqəti olaraq tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Fransa Futbol Federasiyasının mətbuat xidməti yayıb.
 

Deşam anasının dəfn mərasimində iştirak etmək üçün ABŞ-ı tərk edəcək. Dünya çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində iyunun 26-da Norveç yığmasına qarşı keçiriləcək oyunda baş məşqçi vəzifəsini Gi Stefan icra edəcək.


Xatırladaq ki, Fransa seçmə komandası qrup mərhələsinin nəticələrinə əsasən, vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqəni təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin