Avstriyalı hücumçu: "Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq"

Hazırda oxunan: Avstriyalı hücumçu: "Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq"

615978

"Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq".

Bunu Avstriya yığmasının futbolçusu Mixael Qreqoriç evdə Azərbaycana 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ matçından sonra deyib.

Qarşılaşmada 2-ci qolun müəllifi olan 28 yaşlı hücumçu üstün oyun nümayiş etdirdiklərini bildirib: "Bir neçə epizodda qol vura bilərdim, amma öz işimi çətinləşdirdim. Fürsət düşdüsə, reallaşdırmaq lazımdır. Amma şadam ki, istəyimə çata bildim. Aşkar üstünlüyümüz şəraitində keçən görüşdə layiqli nəticə əldə etdik".

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də səfərdə İsveçə, Avstriya isə evdə Estoniyaya qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin