Holanda göz dəydi

Hazırda oxunan: Holanda göz dəydi

614510
Erlinq Holand zədə səbəbindən Norveç millisinin düşərgəsini tərk edib.
 
“Mançester Siti”nin hücumçusu “Bernli” ilə İngiltərə Federasiya Kubokunun oyunundan (6:0) sonra qasıq nahiyəsindən ağrılar hiss edib. Bu səbəbdən o, AVRO-2024-ün seçmə mərhələsində İspaniya və Gürcüstanla matçları buraxmalı olacaq.
 
Olduqca məhsuldar mövsüm keçirən 22 yaşlı forvard bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 37 matçda 42 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, son iki oyunda 8 dəfə fərqlənib. /Oxu.az/
 
Mənbə: “Mirror”
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin