Türkiyə futbol tarixinin ən yaxşı hakimi hesab edilən Cüneyt Çakıra FİFA tərəfindən daha bir tarixi missiya həvalə edilib.xa0
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, 39 yaşlı hakim 2016-cı il Rio Olimpiadasında maraqla gözlənilən futbol turnirinin finalını idarə edəcək.xa0

2015-ci ildə Çempionlar Liqasının, 2012-ci ildə isə dünya çempionatının finalını idarə edən C. Çakır bu dəfə 2016 ”“cı il futbol üzrə olimpiya yarışlarının finalında söz sahibi olacaq. Ona bu işdə yan xətt hakimləri Bahəddin Duran və Tarık Ongün yardımçı olacaq.xa0

Olimpiya oyunlarının finalı dünyanın ən böyük stadionu olan Marakanada keçiriləcək.xa0
Elmin Nuri






































































































