Məcburi köçkünlərin yaşadığı binada yanğın - Sakinlər təxliyə edildilər - VİDEO

Hazırda oxunan: Məcburi köçkünlərin yaşadığı binada yanğın - Sakinlər təxliyə edildilər - VİDEO

92150
Bərdə rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı çoxmənzilli binada yanğın baş verib.

Hadisə bina 4, mənzil 23-də - Vahid Əhmədova məxsus evdə qeydə alınıb. Yanğın başlayan zaman evdə heç kim olmayıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi alovun qarşısını alıb. Binanın sakinləri təxliyyə olunublar. Həkimlər tərəfindən onlara tibbi yardım göstərilib.

İlkin ehtimallara görə, yanğın evdəki suqızdırıcıda baş verən qısaqapanmadan yaranıb. Evin hamam hissəsinin qapısı və tavanı yanıb. Hadisənin başvermə səbəbləri araşdırılır, dəyən ziyanın həcmi dəqiqləşdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin