Ötən gün Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Ural” markalı yük maşını dərəyə aşıb.
Nazirliyin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, qəza nəticəsində sürücü 1974-cü il təvəllüdlü Məmməd Hüseyn oğlu Hüseynov ölüb. O, müddətdən artıq xidmət edirmiş.
Qəza nəticəsində avtomobildə olan digər əsgər İlkin
Orucov yaralanıb. Əsgər hərbi hospitala yerləşdirilib.




































































































