Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

Hazırda oxunan: Şahbaz Şərif: Hörmüz boğazı açılır, dəniz blokadası ləğv edilir

619943

ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan dərhal sonra qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif X sosial səhifəsində bu barədə yazıb.

"Anlaşma Memorandumu dərhal qüvvəyə minir və ilk addım olaraq, İran İslam Respublikası dərhal Hörmüz boğazını açacaq və Amerika Birləşmiş Ştatları dərhal dəniz blokadasını ləğv edəcək", - deyə o qeyd edib.

Şahbaz Şərif memorandumun hər iki ölkənin prezidentləri tərəfindən imzalandığını və vasitəçi kimi özü tərəfindən də təsdiqləndiyini bildirib.

Pakistanın baş naziri vurğulayıb ki, bu sazişin hər iki ölkə hökumətlərinin ən yüksək səviyyəsində imzalanması hər iki tərəfin münaqişənin diplomatik yolla həllinə sadiqliyini nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin