Hamilə qadına və 4 yaşlı qızına təcavüz edən adam döyülərək öldürüldü - VİDEO

Hazırda oxunan: Hamilə qadına və 4 yaşlı qızına təcavüz edən adam döyülərək öldürüldü - VİDEO

227495
Kolumbiyada hamilə bir qadına və onun 4 yaşlı qızına təcavüz edən adam polisin müdaxiləsinə baxmayaraq sakitləşməyən qəzəbli vətəndaşlar tərəfindən döyülərək öldürülüb.xa0
xa0
Moderator.az xəbər verir ki, Kolumbiyanın Soledada şəhərində baş verən hadisədə ağır yaralı olaraq xəstəxanaya qaldırılan adam orada can verib
xa0
Təcavüzkarın ən az 4 qurbana təcavüz etdiyi bildirilib. Linç edilən adamın qanlar içindəki son anları vətəndaşlar tərəfindən kameralara qeyd edilib.

Görüntülərdə öldüyü zənn edilib buraxılan adam hərəkət edən zaman izdihamdan birinin "hələ də həyatdadır" deyə qışqırdığı, bundan sonra hərəkətə keçən izdihamı dayandırmaq istəyən polisin havaya atəş açdığı, ancaq əllərində dəmir çubuqlar olan vətəndaşların hücumuna mane ola bilmədiyi görülüb.

Kamran


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin