Ermənistan Müdafiə Nazirliyi hərbi təlimlər zamanı erməni hərbi qulluqçunun yaralanması barədə yayılan məlumatları rəsmən təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin hərbi idarəsi məlumat yayıb.
"Hərbi qulluqçu əməliyyat olunub, hazırda həkimlərin nəzarəti altındadır və onun həyatı üçün heç bir təhlükə yoxdur", – deyə nazirliyin rəsmi bəyanatında bildirilib.
Buna baxmayaraq, Ermənistanın "Armlur" nəşri hadisənin gizlədilən dəhşətli təfərrüatlarını üzə çıxarıb. Məlumata görə, bədbəxt hadisə Lori vilayətində yerləşən hərbi hissələrdən birində baş verib və yaralanan hərbçi bir ayağını itirib.
Qəzetin hərbi hissədəki etibarlı mənbəsi qeyd edib ki, baş verən fövqəladə hadisənin əsas səbəblərindən biri komandirin göstərdiyi ciddi səhlənkarlıq və ümumilikdə hərbi hissədə hökm sürən qeyri-sağlam mühitdir. Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırmalara başlanılıb.
Bizim.Media



































































































