Qadın sığorta pulu almaq üçün öz mənzilini yandırdı – ANBAAN VİDEO

Hazırda oxunan: Qadın sığorta pulu almaq üçün öz mənzilini yandırdı – ANBAAN VİDEO

620965

Rusiyada telefon fırıldaqçılarının növbəti qurbanı olan bir qadın, ağlasığmaz cinayət və maliyyə fırıldağının iştirakçısına çevrilərək öz evini külə döndərib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Telefonda fırıldaqçı qadına "dahi" bir qazanc sxemi təklif edib: evdə qəsdən yanğın törətmək, hər şeyi videoya çəkmək və daha sonra sığorta şirkətindən böyük məbləğdə kompensasiya almaq.
 

Zəng zamanı fırıldaqçı prosesi addım-addım idarə edib. Evdə alovlanma başlayan zaman o, qadından hər şeyin videoda "düzgün qeydə alınması" üçün ən azı beş dəfə gözləməsini tələb edib. Üstəlik, cinayətkar qadını inandırmağa çalışıb ki, otaqlar tüstü ilə dolsa da, mənzili tərk etməsin.


Nəticədə, evdə nəfəs almaq tamamilə qeyri-mümkün rəddəyə çatdıqda qadın canını qurtarmaq üçün küçəyə qaçıb. Lakin onun mənzili tamamilə yanaraq kül olub. Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin