Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

Hazırda oxunan: Dənizdə batan qardaşlar Bakıya fəhləlik üçün gəliblərmiş...

621007

Dünən Xəzər dənizinin Mərdəkan qəsəbəsinə yaxın nəzarətsiz ərazisində batan 4 nəfər gənclə bağlı bəzi təfərrüatlar məlum olub.

Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, dənizdə batan dörd gəncin hamısı bir-birilə yaxın qohumdur, ata tərəfdən bir-birlərinin əmi nəvələridir.

Onlar Lerik rayonunun Orand kənd sakinləridirlər. Batanlardan 3-nün meyiti tapılıb, 1-nin axtarışları isə davam edir.

Lerik Rayon İcra Hakimiyyətinin Orand kəndi üzrə nümayəndəsinin müavini Vasif Manafov bildirib ki, meyitləri tapılan 2005-ci il təvəllüdlü Elnur Əbdülov və 2007-ci il təvəllüdlü Elmar Əbdülov doğma qardaşdırlar.

1991-ci il təvəllüdlü Namiq Əzimov isə hazırda meyiti axtarılan 2003-cü il təvəllüdlü Pərviz Məcidovun dayısıdır.

Meyiti tapılan 3 nəfər bu gün torpağa tapşırılıblar. Namiq Əzimov Bakıda – Mərdəkan qəsəbəsində dəfn edilib.

Elnur və Elmar Əbdülov qardaşlarının cənazələri isə Lerik rayonunun Orand kəndinə aparılaraq orada dəfn olunub.
 

Dörd nəfərdən yalnız Namiq Əzimov ailəlidir. O, Bakıda daimi yaşayırmış. İki dəfə ailə həyatı quran Namiqin iki oğlan övladı yadigar qalıb. İlk evliliyindən olan oğlu 10-cu sinifdə oxuyur, ikinci evliliyindən olan övladı isə hələ balacadır.


Dünyasını dəyişən digər 3 gənc isə subay olub. Pərviz Məcidovun kənddə evi olsa da, Bakıda kirayədə yaşayırmış. Lerikdə yaşayan Elnur və Elmar qardaşları isə paytaxta işləmək üçün gəliblər və fəhləlik edirmişlər.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri tərəfindən Pərviz Məcidovun nəşinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri hazırda da davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin