Rəsmi Moskva Ermənistan ətrafında cərəyan edən proseslərdə Rusiyanın iştirak etdiyi inteqrasiya birliklərinə zərbə vurmaq cəhdlərini görür.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Primakov qiraətləri" forumunda çıxışı zamanı bəyan edib.
"Biz "qaydalara əsaslanan nizam" tərəfdarlarının ölkəmizin birbaşa iştirak etdiyi inteqrasiya birliklərinə zərbə vurmaq yönündə israrlı cəhdlərini görürük. Eyni zamanda, əsrlər boyu yan-yana yaşayan, hər zaman bir-birinə kömək edən xalqların tarixini və coğrafiyasını yenidən nəzərdən keçirməyin mümkünlüyünə dair illüziya xarakterli təsəvvürlər aşılanır", – deyə Uşakov vurğulayıb.
Kreml rəsmisi İrəvana açıq xəbərdarlıq edərək Ukrayna ssenarisini xatırladıb: "Ukrayna ətrafındakı vəziyyətə baxdıqda, bütün bunların hansı faciəyə gətirib çıxara biləcəyi aydın görünür".
Bizim.Media

































































































