Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

Hazırda oxunan: Avtomobil 34 yaşlı kişini vuraraq öldürdü

621005

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə ötən gecə rayonun Atuc kəndi ərazisində qeydə alınıb. Avtomobil Yeni Güləzi kənd sakini, 34 yaşlı Bəhruz Alimovu vurub.

TƏBİB-dən bildirilib ki, 22 iyun saat 23:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Quba rayonu, Yeni Güləzi yolu istiqamətindən çağırış daxil olub.

Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası tərəfindən 1992-ci il təvəllüdlü şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin