Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə NƏŞR OLUNDU – FOTO

Hazırda oxunan: Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə NƏŞR OLUNDU – FOTO

620992

Şair-publisist, araşdırmaçı İlham Qəhrəmanın tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub.

Bizim.Media xəbər verir ki, yeni çap bundan əvvəlki üçüncü nəşrin təkrarıdır.

Tərtibçinin verdiyi məlumata görə, növbəti nəşr Moldovada yaşayan hüquq elmləri doktoru, tanınmış ictimai xadim və iş adamı Vüqar Novruzovun maliyyə dəstəyi ilə mümkün olub. AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görən təkmilləşdirilmiş nəşrdə Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş bayatılar, qoşmalar, təcnislər, bayatı-tapmacalar və bağlamalar yer alıb.

İlham Qəhrəman istifadə etdiyi qaynaqlara tənqidi yanaşıb, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətiriv, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim edib.

Sarı Aşığın irsi bu kitabla oxuculara tam şəkildə çatdırılır.

Kitabın sonunda tərtibçi çətin sözlər üçün “Sözlük”, coğrafi adlar üçün izah verib. Topludakı bayatılar köhnə ənənə üzrə birinci misranın son hərfinə uyğun olaraq əlifba sırasıyla düzülüb.
 

Cinas bayatı ustadının 288 səhifədə 500 (beş yüz) sayda dərc olunan nəşri İlham Qəhrəmanın “Ürək qoyulan kitab” adlı geniş ön sözüylə açılır. Eyni zamanda “Salman Mümtazın xatirəsinə” xüsusi qeydi də tərtibçinin sələf olaraq xələflərə qədrdanlığının ifadəsi kimi diqqət çəkir.


Tərtibçi ümumi tirajın bir hissəsinin Şərqi və Qərbi Zəngəzur icmaları arasında paylanacağını qeyd edib.

Qeyd edək ki, nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, korrektoru filoloq Nigar İlhamqızıdır.

Qapaq dizaynı Rafaelə məxsusdur. Kitab “Ol” MMC-nin mətbəəsində ofset üsulu ilə çap olunub. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin