İstanbulun Bayrampaşa rayonunda fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlılara qarşı dəhşətli fiziki zorakılıq və pis rəftar faktı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hadisə iyunun 16, 17 və 19-da Cevatpaşa məhəlləsində yerləşən və əsasən əcnəbi tələbələrin təhsil aldığı özəl Hüseyn Cavid Azərbaycan Beynəlxalq Uşaq Bağçasında (Hüseyn Cavid Azerbaycan Milletlerarası Anaokulu) baş verib.
İddiaya görə, bağçanın 60 yaşlı qadın əməkdaşı A.B. günorta yuxusu zamanı uşaqları yatırmağa çalışarkən əlindəki çubuqla onlara amansızca zərbələr endirib. Həmin şəxsin yeməkxanada da azyaşlılara qarşı kobud rəftar etdiyi və fiziki təzyiq göstərdiyi məlum olub.
Valideynlərin şikayətindən sonra polis əməkdaşları hərəkətə keçərək bağçanın təhlükəsizlik kameralarının görüntülərini araşdırıblar. Kameralara düşən kadrlarda qadının uşaqları çubuqla döyməsi və yeməkxanada onlara qarşı zorakılıq etməsi faktları tam təsdiqini tapıb. Hüquq-mühafizə orqanları tərəfindən dərhal saxlanılan A.B. emalatxanadakı prosedurlardan sonra ədliyyəyə (məhkəməyə) aparıb.
Hadisədən sonra Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin qrupları da sözügedən uşaq bağçasına gələrək genişmiqyaslı araşdırmalara başlayıblar. Faktla bağlı başladılan məhkəmə prosesi davam edir.
Bizim.Media

































































































